Rusiyanın ilk prezidenti Boris Yeltsinin 33 yaşlı nəvəsi Moskvada qeyri-adi uşaq bağçası yaradıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, “Maraqlı”, məhz belə ad verilən bağçanın azyaşlı müştərilərinin burada çox maraqlı sürprizlər gözləyir. Bağçada uşaqlara balet və bədii dərslər keçiləcək, sambo, cüdo, güləş növləri üzrə məşq edəcəklər. Amma bu bağçaya uşağını yerləşdirmək istəyən valideynlər kifayət qədər yüksək məbləğ ödəməlidirlər. Bağçaya qəbul 50-100 min rubldur.
Uşaqların burada neçə saat qalmasından asılı olaraq ayrıca haqq ödənilməlidir. Bütün gün üçün məbləğ 60 min rubldur.


Modern.az