Modern.az

Çe Qavaranın cansız bədəni - FOTOLAR

Çe Qavaranın cansız bədəni -  FOTOLAR

Təhsil

14 Noyabr 2014, 18:17

Kommunizmin inqilabçı liderlərindən biri olan, Argentina doğumlu Ernesto Çe Qavaranın ölümündən 47 il sonra onun cansız bədənini əks etdirən fotoları yayımlanıb. Modern.az saytının məlumatına görə “Frans-Press” agentliyinin fotomüxbiri olmuş Mark Huttenin Çe Qavaranın cəsədinin fotolarını çəkdiyi üzə çıxıb.  

Çe Qavaranın 1967-ci Boliviyada öldürülməsindən sonra onun cansız bədəninin fotolarını çəkən  Mark Huttenin qeydləri ortalığa çıxıb.

İspaniyada İmanol Arteaga adlı şəxs adıçəkilən müxbirin  Boliviyada missionerlik edən dayısı Luis Kuarteroya Çe Qavaranın şəkillərini verdiyini bildirib.

“Anam və atam 1967-ci ildə evləniblər. Dayım Luis Kuartero toya görə İspaniyaya gələndə Çe Qavaranın şəkillərini də gətirib. Dayım öləndən sonra fotoların harada olduğunu onun arvadından soruşdum. O da fotoları saxladığı yerdən mənə verdi”,-deyə İmanol Arteaga bildirib.

Aqşin Kərimov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı