Modern.az

İlham Əliyev Bakıdakı məşhur məktəblə bağlı sərəncam verdi

İlham Əliyev Bakıdakı məşhur məktəblə bağlı sərəncam verdi

Təhsil

14 Noyabr 2014, 22:51



Prezident İlham Əliyev Bakıdakı 20 orta nömrəli məktəb üçün yeni binanın tikintisinə dair sərəncam imzalayıb. Sərəncamda deyilir:

”Bakı şəhərinin Yasamal rayonunda tam 20 orta nömrəli məktəb üçün yeni binanın tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın”.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı