
Ermənistan prezidenti Serj Sərkisyan Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə qanunsuz səfəri çərçivəsində noyabrın 14-də separatçı qurumun rəhbəri Bako Saakyanla birgə Ağdam bölgəsindəki hərbi təlimləri izləyib.
Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, məlum helikopter olayının ardından Qarabağa gəlmiş Sərkisyan erməni hərbçilər qarşısında çıxış edərək, onlara təskinlik verməyə çalışıb.
Çıxışında erməni zabit və əsgərləri ruhlandırmağa çalışan Sərkisyan onları tərifləməyindən də qalmayıb. Erməni prezident Azərbaycana yönəlik hədələr də səsləndirib və “mən savaş olmayacağəna əminəm” deyə bildirib.
Ermənistan mediası Sərkisyanın geniş çıxışını dərc edib. Çıxışından hiss olunur ki, Ermənistan Silahlı Qüvvələrinə məxsus Mi-24 helikopterinin məhv edilməsi Sərkisyanı bərk təşvişə salıb. Sərkisyan hərbçilər qarşısında çıxışında Azərbaycan ordusuna yönəlik ittihamlar səsləndirərkən Ramil Səfərovu da erməni zabit Qurgen Manvelyanı öldürməsini də xatırlatmağı unutmayıb.
Daha sonra o, işğal altındakı Ağdərə bölgəsindəki hərbi hospitalın açılışına qatılıb.
Modern.az