Modern.az

Azərbaycanlı girovlarla bağlı Türkiyə mediasında iş başlanıldı

Azərbaycanlı girovlarla bağlı Türkiyə mediasında iş başlanıldı

Təhsil

15 Noyabr 2014, 10:33


Modern.az xəbər verir ki, Türkiyə Qəzetçilər Federasiyasının sədri Atilla Sertel Kəlbəcərdə Ermənistanın girov götürdüyü azərbaycanlılarla bağlı Türkiyə mediasına müraciət edib.

Müraciətdə deyilir:  

"Ermənistanın işğal etdiyi Kəlbəcər bölgəsində ata-baba qəbirlərini ziyarət edən 3 Azərbaycan vətəndaşı Ermənistan əsgərləri tərəfindən həbs edilib. Azərbaycan vətəndaşı Həsən Həsənov öldürülüb, Dilqəm Əsgərov və Şahbaz Quliyev isə girov alınıb. Təxminən 3 aydır ki, Ermənistanda girovl saxlanılan Əsgərov və Quliyev ailəsi doğmalarının tez bir zamanda azad olunmasını istəyirlər. Türkiyə Qəzetçilər Federasiyası rəhbəri olaraq girov götürülmüş 2 Azərbaycan vətəndaşının tez bir zamanda azad olunmasını tələb edir.

Sülh tərəfindəyik

Heç bir hüquq ata-baba qəbirinə baş çəkməyə gedən insanların əsir alınmasına icazə verə bilməz. Ata-baba qəbirlərini ziyarət edən 3 nəfərdən birinin öldürülməsi, digər ikisinin uzun müddət girovluqda saxlanılması qəbul edilə bilməz. Son günlərdə iki ölkə arasında münasibətlərin yenidən gərginləşməsi şəraitində girov götürülmüş azərbaycanlıların azad olunması yaxşı niyyət olaraq bu gərginliyi  azaldacaq.

Azərbaycandakı həmkarlarımızdan aldığımız məlumatları və girovluqda olan şəxslərin ailələrindən gələn etirzaları da nəzərə alaraq bu açıqlamanı etməli olduğumuzu özümüzə borc bilirəm.

Mən və təmsil etdiyim Türkiyə Qəzetçilər Fedarasiyası olaraq biz daima barış, sülh istəyirik. Bunu ölkəmizdə və Türkiyədən kənarda bütün platformalarda yüksək səslə dilə gətirəcəyik. 3 aydır ailəsindən və sevdiklərindən uzaqda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin tezliklə azad olunması istəyimizi bildirəcəyik, qardaş ölkə Azərbaycan və qonşumuz Ermənistan arasında uzun illərdir davam edən düşmənçiliyin yeni bir müharibəyə başlamadan bu münasibətin, müharibənin sülhlə sona çatmasını, ədalətin qələbəsini istəyirik".

Modern.az  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı