Modern.az

Arif Hacılı ƏSƏBİLƏŞDİ: “Sözü olan gəlib özümə desin”

Arif Hacılı ƏSƏBİLƏŞDİ: “Sözü olan gəlib özümə desin”

Təhsil

15 Noyabr 2014, 11:17


“Müsavat üzvlərinə qovğa açmaq niyyətində deyiləm. Üzərimə müharibə ilə gələn müsavatçıları da sülhlə qarşılayacağam.
Napaleonun məşhur deyimini mən belə dəyişdirirəm: Müharibə istəyənlər onu almayacaqlar. Öz tərəfimdən körpüləri yandırmamışam.
Kimin mənə nə sözü varsa gəlsin,görüşsün, sözünü desin, iradını bildirsin”. Modern.az saytının məlumatına görə bunu özünün facebook səhifəsində Müsavat Partiyasının başqanı Arif Hacılı qurum daxilindəki narazılıqlara münasibət bildirərkən qeyd edib. O, əlavə edib:
Açıq qapını sındırmağa nə ehtiyac var?!

Qubad İbadoğluna 3 dəfə, özü də müəyyən saatda yox, gün ərzində görüşməyi təklif etmişəm. Bir dəfə xaricdə, iki dəfə isə daha vacib işləri olduğu üçün gələ bilməyib.

Siyahıda adları olanlardan bəziləri ilə görüşmüşəm, bəzilərini şəxsən görüşə dəvət etmişəm. Bəziləri hətta Divanın qərarı ilə bizimlə görüşməkdən rəsmi imtina edib. Siyahıda fədakar patriya üzvləri ilə yanaşı Müsavatda aylarla,hətta illərlə görünməyən,indi bu siyahıda elan etdikləri vəzifələrə aid funksiyaları uzun müddət yerinə yetirməyənlərin də adları var.Onların illərlə cəmiyyətdə baş verən dəhşətlərə susqunluqla yanaşdıqları halda indi yox yerdən problem uydurub,qətiyyətlə üzərimizə gəlmələrinin motivləri mənə məlum deyil.Bununla belə onlarla da görüşüb mövqelərini dinləməyə hazıram.

Bir dəfə də demişəm, yenə təkrar edirəm.Mənim mühafizəçilərim və normallaşdırılmış qəbul saatlarım yoxdur. Sözünüz varsa gəlin, sözünüzü deyin. Bizimlə televiziya kanalları,bəyanatlar vasitəsi ilə danışmayın”.

Qeyd edək ki, ötən gün Müsavat Partiyasının bir sıra tanınmış üzvü partiyadan xaric etmələrə qarşı etiraz bəyanatı yayıblar.  

Modern.az  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı