Modern.az

Obama Rusiyanın dünyaya “Ebola” qədər təhlükəli olduğunu bəyan etdi

Obama Rusiyanın dünyaya “Ebola” qədər təhlükəli olduğunu bəyan etdi

Təhsil

15 Noyabr 2014, 11:53



ABŞ prezidenti Barak Obama növbəti dəfə Rusiyanın Ukraynaya qarşı mövqeyinin bütün dünya üçün təhlükəli olduğunu bəyan edib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o bunu Avstraliyanın Kvinslendski Universitetindəki çıxışında deyib: “Biz Qərbi Afrikanı cənginə alan “Ebola” və Rusiyanın Ukraynaya qarşı aqressiyasının qarşısının alınması prosesində liderlik edirik. Biz Rusiyanın dünya üçün təhlükəli olduğunu Amsterdamdan Kuala-Lumpura uçan təyyarənin vurulması zamanı görmüşük”.

Bu təyyarə iyulun 17-də Donetsk üzərində vurulub və 298 nəfərin (27-si Avstraliya vətəndaşı olun) hamısı həlak olub.

ABŞ prezidenti dəfələrlə Rusiyanı terrorçularla və “Ebola “ virusu ilə müqayisə edib. O ilk dəfə sentyabr ayında BMT-nin Baş Assambleyasındakı çıxışında bu haqda danışıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı