Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç və onun ailəsi cinayət təqibi üçün Kiyevə verilməyəcək. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda etibarlı mənbə məlumat verib: “Ata və oğul Yanukoviçlərin, eləcə də Ukraynanın keçmiş yüksək vəzifəli məmurlarının yeni hakimiyyətin sərəncamına verilməsi şansı sıfıra bərabərdir”.
Mənbə deyib ki, İnterpol onu da axtarılan cinayətkarların siyahısına daxil etməkdən imtina edib: “Bununla belə, yalnız İnterpolun orderi vətənində axtarışa verilən şəxsin qanuni saxlanılmasına səbəb ola bilər. Belə order isə bu gün yoxdur”.
Modern.az