Yaxın Şərq üzərində qara buludlar dolaşmaqda davam edir. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Oman sultanı Seyid Qabus bin Seyd Əl Əbu Seydin kolon xərçəngi olduğu iddia edilib və ölərsə Yaxın Şərqdə yeni bir böhranın başlayacağı bildirilir.
İngiltərənin də dəstəyi ilə 1970-ci ildə atasını taxtdan endirərək bu günə qədər padşahlığını davam etdirən Qabus bin Səidin taxtda olduğu müddətdə Oman əsasən regional düşmənlər arasında körpü rolunu oynayıb.
İran-İraq müharibəsi boyunca da obyektivliyini qoruyan Qabus bin Səid Amerika ilə yanaşı, Qərb ilə də isti münasibətlər quraraq, balans siyasəti yeridib. Sultan son həftələrdə kolon xərçənginə yaxalandığı şayiələrini aradan qaldırmaq üçün çalışsa da, zəifləməsi və proqramlarını ləğv etməsi şayiələri yenidən gündəmə gəlib.
ForeignPolicy.com. da gələcək həftə 74 yaşı tamam olacaq Qabus bin Səidin ölüm döşəyində ola biləcəyi iddialarını ortaya atıb.
Söylənilənlərə görə, Qabus bin Səid öləndə yeni lider kral ailəsinin öndə olanları arasında razılaşma yolu ilə seçiləcək. Bu məqamda isə bir neçə pis ssenari ortaya çıxa bilər. Bunlardan birincisi, İran tərəfdarı bir hökmdarın rəhbərliyə keçməsidir. Bir digəri isə üsyan və hücumların baş verməsidir. Hər iki vəziyyətdə ölkədəki balans siyasəti zəifləyərək Yaxın Şərqdə yeni bir böhrana səbəb ola biləcəyi iddia edilir.
Modern.az