Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə haqq qazandıran Rusiya prezidenti Vladimir Putin Ukrayna hakimiyyətinin və bütün dünya ictimaiyyətinin ünvanına yeni ittihamlar səsləndirib. Modern.az xəbər verir ki, o, təcavüzkar hücumunu noyabrın 15-də Almaniyanın ARD ictimai kanalına müsahibəsində səsləndirib. Putinin sözlərinə görə, aparıcı KİV-lər Donetsk və Luqansk vilayətlərindən birtərəfli məlumat verirlər: “Ən vacibi odur ki, problemə birtərəfli yanaşmaq lazım deyil. Bu gün Ukraynanın Şərqində hərbi döyüşlər gedir, Ukrayna hakimiyyəti qoşunlarını geri çəkməyib. Hətta raket mərmilərindən istifadə olunur. Məgər bunu deyirlər? Heç bir kəlmə deyilmir”.
Rusiyanın himayəsi altında “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” kimi terror təşkilatlarının fəaliyyətinə gəldikdə, Putin onları Ukrayna hakimiyyətinin “siyasi əleyhdarları və opponentləri” adlandırıb.O eləcə də növbəti dəfə Kremlin Ukraynanın daxili işlərinə qarışdığını təsdiqləyib: “Siz istəyirsiniz ki, Ukrayna hakimyyəti orada hər şeyi, bütün siyasi əleyhdarlarını və opponentlərini məhv etsin. Siz bunu istəyirsiniz? Biz bunu istəmirik. Biz buna yol verməyəcəyik”.
Modern.az