Türkiyənin baş nazirinin müavini Numan Kurtuluş 30 ildə terrora qarşı mübarizəyə 1,2 trilyon dollar xərcləndiyini, 35 min nəfərin terror üzündən həyatını itirdiyini söyləyib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Kayseriyə səfəri zamanı Yerli Media bölgə toplantısının axşam yeməyi proqramına qatılan baş nazir müavini Türkiyənin kürd probleminin həlli prosesində əhəmiyyətli yol qət etdiyini, həll prosesinin təkcə Türkiyə üçün deyil, bütün dünya ölkələri üçün əhəmiyyətli olduğunu bəyan edib.
Onun sözlərinə görə, 30 il ərzində Türkiyə terrordan çox ziyan görüb: “Türkiyənin 30 ildir apardığı bu mübarizədə 35 min adam həyatını itirib. 7 min də şəhid verdik. Terrorun Türkiyəyə zərəri 1,2 trilyon dollardır. Biz bu pulu xərcləməsydik adambaşına düşən milli gəlir 20 min dollar olardı. Yollarımızı daha əvvəl tikərdik”.
Modern.az