Cənubi Amerika ölkələrindən olan Argentinada elm dünyasını çaşdıran bir doğuş gerçəkləşib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, başı filə bənzəyən bir canlı dünyaya gəlib.
Bu, bütün dünyanı heyrətə salıb. Doğumdan sonra çəkilən video görüntüləri isə sosial paylaşma saytlarında izlənmə rekordları qırıb. İndi hamı bu canlını müzakirə edir. Argentinada bir fermerin sahib olduğu it doğuş zamanı 11 bala dünyaya gətirib. Dünyaya gözlərini açan balalardan biri isə fermeri şoka salıb. Gövdəsi it balasına, başı isə bir filə bənzəyir. İtin “fil başlı” bala doğduğu xəbərinin yayılmasından sonra fermerin evində izdiham yaşanıb. “Yarı it, yarı fil” şəklində doğan it balasının sağlamlıq vəziyyəti isə ciddiliyini qoruyur.İt balasının iki həftədən çox yaşamayacağı iddia edilib. Argentinalı şəxslər, “yarı it, yarı fil” şəklində bir balanın dünyaya gəlməsini regionda kənd təsərrüfatı ərazilərində həşəratlara qarşı istifadə edilən dərmanlara bağlayır.
Modern.az