Modern.az

Vergi orqanlarında çalışmaq istəyənlərin imtahan nəticələri açıqlandı

 Vergi orqanlarında çalışmaq istəyənlərin imtahan nəticələri açıqlandı

Education

16 Noyabr 2014, 19:29

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Vergilər Nazirliyi ilə birgə 2014-cü il noyabrın 16-da vergi orqanlarına işə qəbul olmaq istəyən namizədlər üçün  keçirdiyi  imtahanın nəticəsini açıqlayıb.

TQDK-dan Modern.az-a daxil olan məlumta görə,imtahanda iştirak etmək üçün 1717 namizəd qeydiyyatdan keçib, onlardan 344 namizəd imtahana gəlməyib.

Məlumatda qeyd edilir ki,  1 nəfər imtahan qaydalarını pozduğu üçün imtahandan xaric edilib. İmtahanda iştirak edən 1372 namizəddən 288 nəfəri müsabiqə şərtini ödəyərək – 70 və daha yüksək bal toplayaraq ikinci mərhələyə-müsahibəyə buraxılıb.

Qeyd edək ki, imtahnda ən yüksək nəticə 94 bal olub.

  Məltəm TALIBZADƏ  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı