Rusiya Ukrayna ilə bağlı siyasətini dəyişməzsə, ona qarşı yeni sanksiyalar tətbiq ediləcək.
Modern.az saytının xarici KİV-ə istinadən verdiyi xəbərə görə belə bəyanatla Avstraliyanın Brisben şəhərində keçirilən “Böyük iyirmilik” sammiti çərçivəsində ABŞ prezidenti Barak Obama və Böyük Britaniyanın baş naziri Devid Kameron çıxış ediblər.
ABŞ prezidenti Barak Obama bildirib ki, Rusiya başqa yolu seçəməlidir və Ukraynanın müstəqilliyinə hörmət etməlidir. “Əgər bu olarsa, sanksiyaları geri götürməkdə mən birinci olacağam”,-deyə Ağ Ev başçısı qeyd edib.Böyük Britaniyanın baş naziri isə söyləyib ki, Rusiya ABŞ-la Avropa Birliyi arasında Avropa ərazisində dondurulmuş münaqişələr olmamasına dair ortaq fikir olduğunu anlamalıdır.
Rusiya prezidenti Vladimir Putin isə “Böyük iyirmilik” sammitini vaxtından əvvəl tərk edib. Rusiya lideri bunu qrafikinin gərgin olması və vaxt azlığı ilə əlaqələndirib.
Modern.az