ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycanın işğal altındakı torpaqlarında olub. Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, ATƏT nümayəndəsi səfəri zamanı separatçı “Dağlıq Qarabağ Respublikası”nın “prezidenti” Bako Saakyanla Xankəndidə görüşüb.
Məlumata görə görüş zamanı qoşunların təmas xəttindəki vəziyyət müzakirə olunub. Qarabağ separatçılarının lideri Anjey Kaspşikə cəbhə xəttində ermənilərə məxsus Mİ-24 helikopterinin vurulmasından şikayətlənib.
Modern.az