Modern.az

Deputatdan Qərbi Azərbaycanlılara dəstək-DÜZ DEYİRLƏR

Deputatdan Qərbi Azərbaycanlılara dəstək-DÜZ DEYİRLƏR

Təhsil

17 Noyabr 2014, 11:35

 

“Azərbaycan Qaçqınlar Cəmiyyətinin bəyanatı tamamilə normaldır. Çünki Azərbaycanda hər bir ictimai təşkilatın öz fikirini ifadə etmək, öz etik narazılığını bildirmək hüququ və imkanı var”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Qərbi Azərbaycanlıların “Sarkisyan rejimi ilə danışıqlar dayandırılsın” bəyənatına münasibət bildirərəkən deyib.

Millət vəkili bu bəyanatın daxili auditoriyadan daha çox xarici auditoriyaya ünvanlanmasını məqsədəuyğun hesab edir: “Arzu edərdim ki, bu bəyanat beynəlxalq aləmə, ATƏT-in Minsk Qrupunun üzvləri olan dövlətlərin başçılarına göndərilsin. Problemlərimiz sadalanar, bizim də qaçqın və məcburi köçkünlərin narazlıqlarını onlar başa düşərdi”.

O ki, qaldı Ermənistan rəhbərliyilə danışıqların dayandırılmasına, mən hazırkı şəraitdə bunu real hesab etmirəm. Çünki, Ermənistan özü müstəqil dövlət deyil. Orada kimin hakimiyyətdə olması, kimin dövlət başçısı olması heç nəyi həll etmir. Hətta erməni xalqının iradəsi də heç nəyi həll etmir. Ona görə də Minsk Qrupu yaranıb, ona görə də beynəlxalq güclərin ermənistana təsir göstərməsindən söhbət gedir. Yoxsa Ermənistanın daxili siyasəti müstəqil və öz taleyinin hökmdarı olan bir dövlət deyil”.

1988-ci ildə Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisindəki tarixi torpaqlarından qovulmuş azərbaycanlı qaçqınlar 26 ildən bəri davam edən bu vəziyyətə bir daha etiraz edib. Aidiyyatlı orqanları Sarkisyan rejimi ilə danışıqları dayandırmasına çağırıb.

 

Gülşən RAUFQIZI 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı