Modern.az

Ermənistandan vertolyotla bağlı gülünc tələb

Ermənistandan vertolyotla bağlı gülünc tələb

Təhsil

17 Noyabr 2014, 12:08


Ermənistan tərəfi noyabrın 12-də Azərbaycan ordusunun məhv etdiyi vertolyotun düşdüyü ərazidə ATƏT-in şəxsi nümayəndəsinin mandatı altında monitorinqin keçirilməsini tələb edir. Modern.az saytı Ermənistan mətbuatına isinadən xəbər verir ki, bu ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsun Ovannisyan sabah ATƏT-in cəbhə xəttində keçirməyi planlaşdırdığı monitorinqin vertolyotun vurulduğu ərazidə keçirilməsini tələb edib. Onun fikrincə, əks halda monitorinq keçirməyin əhəmiyyəti olmayacaq. Ovannisyan hələ də hərbi vertolyotun düşdüyü əraziyə yaxınlaşa bilmədiklərini və cəsədləri götürə bilmədiklərini söyləyib.

Sabahkı monitorinqə rəhbərlik edəcək ATƏT sərdinin şəxsi nümayəndəsi Anjey Kasprşik hazırda Dağlıq Qarabağdadır.

Noyabrın 12-də Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttinin Ağdam rayonu istiqamətində Ermənistana məxsus Mİ-24  hərbi vertolyotunun məhv edilməsi bütün dünyada geniş rezonans doğurub. Hərbçimiz İlkin Muradovun həmin vertolyotu vurması anı sonradan sosial şəbəkələrdə və xarici televiziyalarda nümayiş etdirildi. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, düşmən vertolyotu “İqla” daşınabilən zenit raket kompleksi ilə vurulub. Buna səbəb həmin vertolyotun Azərbaycan mövqelərinə yaxınlaşaraq atəş açması idi.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı