Baş Cinayət-Axtarış İdarəsi və Şabran rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 132-ci maddəsi (zorlama) ilə axtarışda olan Kamran Hüseynov tutulub. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Pərviz Quliyev, 106-cı maddəsi (ehtiyatsızlıqdan adam öldürmə) ilə axtarışda olan Asif Əliyev və Fərman Əliyev saxlanılıblar.