Modern.az

Azərbaycanlı deputat: “Gürcüstanda camaat rüşvət verməyə pul tapmır”

Azərbaycanlı deputat: “Gürcüstanda camaat rüşvət verməyə pul tapmır”

Təhsil

17 Noyabr 2014, 14:02


“Gürcüstanda camaat o qədər kasıblaşıb ki, artıq rüşvət verməyə də pul qalmayıb”. Bunu Modern.az saytına açıqlamasında keçmiş prezident Mixail Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyasının Gürcüstan parlamentində təmsil olunan deputatı Azər Süleymanov deyib.

O, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili hakimiyyətdən getdikdən sonra ölkədə yenidən rüşvət və korrupsiya hallarının artması ilə bağlı iddiaları təsdiq edib.

Deputatın sözlərinə görə, artıq ölkədə lokal çərçivədə rüşvət almaq halları çoxalıb: “Artıq vergi sistemində, polisdə rüşvət almaq tendensiyası müşahidə olunur”.

Azər Süleymanov bildirib ki, Gürcüstanın kriminal durumu da pisliyə doğru gedir: “Kütləvi amnistiyadan sonra ölkənin çox yerində kriminal hadisələr artmağa başlayıb. Gürcüstan artıq hər sahədə geriləməyə başlayıb. Gürcüstan Mixail Saakaşvilidən əvvəlki vəziyyətə qayıdır”.

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı