Ankara Universiteti dil, tarix və coğrafiya fakültəsində bu gün səhər saatlarında baş verən hadisələr səbəbindən təhsilə 3 gün müddətlə ara verilib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ankara Universitetinin fakültə binasına təhlükəsizlik məntəqəsindən üstlərində axtarış aparılmadan girməyə çalışan qrup ilə polis əməkdaşları arasında gərginlik yaşanıb.
Müqavimət göstərən tələbələri qovan çevik qüvvət qruplar bibər qazı sıxaraq fəalları təsirsiz hala gətirmək istəyib. Bu sırada yaşanan çıxan qalmaqal əsnasında çox sayda fəal tələbə nəzarətə alınıb. Hadisə səbəbindən fakültədə təhsilə 3 gün fasilə verildiyi bildirilib.

