
Böyük Britaniyanın baş naziri Devid Kameron dünya ölkələrinin ikinci iqtisadi böhranla üz-üzə qaldığını deyib. Modern.az Telegraph.com-a istinadən xəbər verir ki, Devid Kameron Avstraliyanın Birsben şəhərində keçirilən “Böyük iyirmilik” sammitin bağlanış mərasimində çıxışı zamanı bu barədə danışıb.
“Qırmızı cizgi qolabal iqtisadi böhrana səbəb ola bilər. 6 il əvvəl qlobal uzaqlaşmanın ilkin əlamətləri görünürdü. Dünyada iqtisadi, siyasi, humanitar problemlər üzrə qeyri-sabitlik və qeyri-müəyyənlik fonunda Britaniya hökumətini çətin sağalan vəziyyətə düşəcəyi barədə xəbərdarlıq etmişdim”.Böyük Britaniyanın baş naziri həmçinin iqtisadi böhranın yaranma səbəbləri haqqında da danışıb.
“Avropadakı gerilik İngiltərənin ixrac və istehsalına təsir edib. Burada Avropada işsizlik və qiymətlərin kəskin aşağı düşməsi də rol oynayır. “Ebola” virusu, Ukrayna, Yaxın Şərqdə baş verənlər və Rusiyanın hərəkətləri nəticəsində ticarət danışıqları dalana dirənib. Həqiqət budur ki dünya qarşılıqlı və böyük problemlə üz-üzə qalıb. Bunun üçün real riski bərpa etmək lazımdır. Dünya ölkələri ya geri çəkilməli, ya da əlavə vergi tətbiq etməlidir.
Namidə BİNGÖL