Qarabağ Azadlıq Təşkilatının (QAT) keçirdiyi aclıq aksiyası artıq 4 gündür ki, davam edir. Aksiyaya dəstək prosesi genişlənir. Quruma Türkiyədən də dəstək gəlib. QAT-ın Türkiyə nümayəndəliyi aksiyaya dəstək bəyanatı verib. Nümayəndəliyin rəhbəri Cəfər Dal aksiya iştirakçılarına baş çəkmək üçün Bakıya gəlib.
QAT-dan Modern.az-a bildirlib ki,Cəfər Dalla Türkiyədən gələn media nümayəndələri aclıq aksiyası ilə bağlı süjetlərdən çəkiblər. “Azərbaycan mediası da davamlı informasiya dəstəyi verib.
Aclıq aksiyasında iştirak edən QAT sədri Akif Nağı bildirib: “Aksiya iştirakçılarının vəziyyəti normaldır, həkimlər nəzarət edirlər, ciddi narahatçılıqları yoxdur. Bizi narahat edən beynəlxalq təşkilatların və hakimiyyətin münasibətidir, hələ heç bir reaksia verməyiblər. Biz beynəlxalq təşkilatlara, birinci növbədə BMT-yə müraciət edirik ki, nə üçün bu cür radikal aksiyaya əl atmağa, öz sağlamlığını risqə atmağa məcbur olan insanların tələblərinə heç bir reaksiya vermirsiniz? Bu təşkilatların hərəkətləri bizi məcbur edəcək ki, onları oturduqları dəbdəbəli binalardan daş-qalaq edib çıxardaq və ölkədən qovaq. Bu cür ikiüzlülük, ədalətsizlik olmaz. Nə üçün Ermənistanın başqa bir dövlətə qarşı təcavüzünə reaksiya vermirlər? Necə ola bilər ki, Ermənistanın rəhbərləri heç nə olmamış kimi, Azərbaycanın ərazilərinə gəlirlər, burada görüşlər, hərbi təlimlər keçirirlər? Onlar bunu hansı haqla edirlər? Nə üçün beynəlxalq təşkilatlar buna son qoymaq istəmirlər? Biz Azərbaycan hakimiyətini də ittiham edirik. Nə üçün bu rəzalətə, girovlarımıza zülm edilməsinə dözürlər. Artıq əməli işə keçmək lazımdır”.


Modern.az