Modern.az

Türk məşqçi Azərbaycan millisinə başçılıq etmək istəyindən danışdı

Türk məşqçi Azərbaycan millisinə başçılıq etmək istəyindən danışdı

Təhsil

18 Noyabr 2014, 10:14


Türkiyənin tanınmış futbol məşqçilərindən olan Yılmaz Vuralın bir daha Azərbaycan milli komandasının başına keçəcəyi iddia edilib. Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, Yılmaz Vural özü də Azərbaycan millisinin rəhbərliyi üçün  bir neçə xarici məşqçi ilə yanaşı, onun da adının keçdiyini xatırladaraq, “mən də ən güclü namizədlərdən biriyəm”, - deyib.

Yılmaz Vural “Avro-2016”nın H qrupunda oynadığı 3 matçda məğlub olduqdan sonra vəzifəsinə son verilən almaniyalı baş məşqçi Berti Foqtsun gedişi nəticəsində boşalan Azərbaycan milli komandasına baş məşqçi gətiriləcəyi iddialarını qiymətləndirib.

2008-ci ildə Azərbaycan millisinin başına keçən Foqtsun müqaviləsi uzadılmadan əvvəl də onunla görüşüldüyünü, ancaq alman baş məşqçinin müqaviləsini uzatdığını qeyd edib: “Azərbaycanda buradakı qədər sevilirik. Azərbaycana girdiyimiz zaman gömrükdə pasport soruşmurlar. Danışığımız, mədəniyyətimiz bir olduğu üçün orada yad davranış görmürəm. Bu səbəbdən hər vaxt oranın gündəmindəyik”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı