
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə Prezident Mükafatına namizəd olan 14 gənc alimlə görüşüb. Modern.az xəbər verir ki, görüşdə həmçinin 14 gənc alim əldə etdikləri elmi nailiyyətlərə dair barədə ekspert komissiyası qarşısında çıxış ediblər.
İclasda bölmə bürolarından təqdim olunan 14 nəfər gəncin elmi biliklərinin qiymətləndirilməsi həyata keçirilib. Geniş müzakirədən sonra ekspert komissiyası 4 nəfər gənc alimi “Gənclər üçün Prezident Mükafatı”na təqdim etmək üçün AMEA Rəyasət Heyətinə tövsiyə edib.
Qeyd edək ki, mükafat ölkə başçısının ölkə başçısının “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi, Azərbaycan gənclərinin elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində nailiyyətlərini təşviq etmək məqsədi ilə Gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında Fərmanına əsasən verilir. Mükafat 10 min manat, diplom, mükafatın nişanı və vəsiqəsindən ibarətdir.
Elmin NURİ