Binəqədi rayonunda bir həftədir qaz problemi yaranıb. Qazsız qalan sakinlər dəfələrlə Binəqədi rayon Qaz İstismar Sahəsinə zəng vursalar da, problem həll olunmayıb. Bu səbəbdən sakinlər problemlərinin mətbuat vasitəsilə işıqlandırılmasını istəyiblər.
Modern.az məsələni araşdıraraq “Azəriqaz” İstehsal Birliyi ilə əlaqə saxlayıb. Birliyin informasiya və analitik şöbəsinin əməkdaşı İbrahim Kərbalayev saytımıza açıqlamasında məsələdən xəbərdar olduqlarını bildirib:
“Problem həmin ərazidə aparılan təmir-tikinti işlərilə bağlıdır. Ərazidə həm asfalt örtüyünün, həm də qaz xətlərinin yerinin dəyişdirilməsi səbəbindən qaz verilişində fasilə yaranıb. Bu gün işlər yekunlaşmaq üzrədir. Hazırda qazın verilişi bərpa olunub, tənzimlənmə prosesi gedir. Çünki rayonun bəzi yerlərində qazın təzyiqi həddindən artıq çox, bəzi yerlərində olduqca aşağıdır. Günün sonuna qədər problemin aradan qaldırlmasına çalışacağıq”.
Gülşən RAUFQIZI