Modern.az

Deputat: “Kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələr yaradılmalıdır”

Deputat: “Kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələr yaradılmalıdır”

Təhsil

18 Noyabr 2014, 17:07


“Kənd təsərrüfatı məhsulları istehsalının ağırlıq mərkəzi dağınıq formada kənd fermərlərinin üzərinə düşməsi məqsəduyğun deyil”.

Modern.az saytı xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Rafael Cəbrayılov deyib. O bildirib ki, kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələr yaradılmalıdır.
Onun sözlərinə görə, “Kooperasiya haqqında qanun” qəbul olunmalıdır.
Deputat vergidən yayınma hallarının qarşısını almaq üçün hökuməti addımlar atmağa da çağırıb.

Aqşin Kərimov  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı