Modern.az

Nurgün Motors yeni İnfiniti modellini təqdim etdi - FOTO

Nurgün Motors yeni İnfiniti modellini təqdim etdi - FOTO

Təhsil

17 Noyabr 2014, 18:24


Daim müasir və innovativ texnologiyaları özündə cəmləşdirən İnfiniti brendi bu təcrübəsini yeni İnfiniti Q50 modelində də tətbiq etməklə bir daha innovasiya və yenilikçi bir lüks avtomobil brendi olduğunu təsdiq etmiş oldu. İnfiniti avtomobillərinin Azərbaycanda rəsmi nümayəndəsi olan Nurgün Motors şirkəti yeni İnfiniti Q50 modelini ictimaiyyətə təqdim etdi.

Yeni İnfiniti Q50 avtomobili öz sinfində bir sıra yeniliklər tətbiq edilməsi ilə seçilir. Avtomobilin əsas özəlliyi sinfində ilk dəfə sükan sisteminin tamamilə elektron tənzimlənməsidir. Belə ki,avtomobilin sükan sisteminin digər hərəkətdə olan hissələr ilə mexaniki əlaqəsi olmadığı üçün hərəkət zamanı sürücünün rahatlığını tam şəkildə təmin edir. Bundan əlavə komfortu yüksəldən digər vasitə isə seriyalı avtomobillərdə ilk dəfə NASA (ABŞ Aerokosmik Agentliyi) mütəxəssislərinin iştirakı ilə hazırlanmış xüsusi oturacaqlardır. Avtomobildə özünüzü tam təhlükəsiz hiss etmək üçün Infınıtı mühəndisləri Q50-nin aktiv təhlükəsizlik vasitələrinə Ön və Arxa Qəza Riski haqqında Xəbərdarlıq Sistemi və Tam Çevrəni Müşahidə etmək üçün 360 dərəcəlik görüntü monitoru əlavə ediblər. Yeni İnfiniti Q50 modeli Azərbaycana 2.0 Litr həcmli turbo və 3.7 Litr həcmli mühərriklərlə təchiz olunmuş iki komplektasiyada idxal olunmaqdadır. Qeyd edək ki, 2014-cü ildən etibarən İnfiniti qlobal olaraq öz model adlarını dəyişərək avtomobilləri Q və QX seriyalarına böldü. Belə ki, sedan tipli avtomobillər Q, krossover və SUV tipli avtomobillər isə QX adı altında cəmləşdilər.

Yeni İnfiniti Q50 və digər modellər ilə daha ətraflı regionun lüks avtomobil qalereyası olan İNFİNİTİ Bakı Mərkəzində tanış ola bilərsiniz.


Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı