Modern.az

Qüdrət Həsənquliyev şəhid ailələri ilə bağlı təklif verdi

Qüdrət Həsənquliyev şəhid ailələri ilə bağlı təklif verdi

Təhsil

18 Noyabr 2014, 18:30


“Şəhid ailələri və məcburi köçkünlərin dövlət qayğısına ehtiyacı var. Büdcədən ayrılan vəsaitlər isə sosial vəziyyəti aşağı olan təbəqəyə kifayət etmir”.

Modern.az saytı xəbər verir ki, bunu BAXCP sədri, deputat Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında 2015-ci il dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, ayrılan vəsaitlərlə şəhid ailələri və məcburi köçkünləri mənzillə təmin etmək, yalnız 15 ilə mümkün ola bilər. Deputat qeyd edir ki, şəhid ailələri və məcburi köçkünlər üçün ayrılan vəsaitlər təxminən 2-3 dəfə artırılmalıdır.
İcbari sığorta ilə bağlı da danışan millət vəkili baş nazirin müavinin icbari sığorta ilə bağlı açıqlamasını xatırladıb: “Əli Əhmədov qeyd etmişdi ki, tezliklə bu sistem tətbiq olunacaq. Ancaq görünür hələlik mənfi nüanslar bu sistemin tətbiqinə imkan vermir. Hər halda ASAN Xidmət kimi unikal bir sistemin yaradılması ilə bir çox ciddi problemləri həll etmək mümkün oldu. Düşünürəm ki, belə bir sistemi tibbi sahədə də tətbiq etmək olar”.

Deputat qeyd etdi ki, ölkəmizin dövlət büdcəsi əhali üçün kifayət etmir. Büdcəni artırmaq üçün iqtisadiyyatı inkişaf etdirmək lazımdır: “Ucqar rayonlara investisiya qoyuluşunu stimullaşdırmaq üçün bir sıra güzəştlər edilməlidir. Bununla yanaşı vətəndaşlıq cəmiyyətinin də inkişafına diqqət yetirilməlidir”.

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı