
Prezident İlham Əliyev Qazax rayon məhkəməsinin hakimi Elnur Cəbiyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verib. Buna səbəb hakimin bir dəfələrlə qanunvericiliyin tələblərin kobudcasına pozması olub. Prezidentin digər sərəncamı ilə Naxçıvan şəhər Məhkəməsinin hakimi və sədri Hüseyn Məmmədov vəzifəsindən azad edilib. O, Naxçıvanın Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri təyin olunub.
Modern.az