Sumqayıt 43 saylı üçüncü seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Muxtar Babayevin şəhərin 17-ci mikrorayonu ərazisində yaşayan seçicilərlə növbəti görüşü keçirilib. Modern.az xəbər verir ki, görüş zamanı Muxtar Babayev şəhərdə aparılan abadlıq-quruculuq işlərindən, bir sıra nümunəvi məhəllə və mikrorayonların yaradılmasından, bir çox binaların dam örtüklərinin yenidən qurulması və fasadlarının üzlənməsindən, yeni yaşıllıq zolaqlarının salınmasından və insanların sosial-rifah halının yaxşılaşdırılması istiqmətində həyata keçirilən tədbirlərdən danışıb.
Millət vəkili seçicilərin çoxsaylı suallarını cavablandıraraq, onların qaldırdığı problemlərin həlli yolları ilə bağlı fikirlərini bildirmiş, bu məsələlərin müvafiq aidiyyatı orqanlar qarşısın¬da qaldıracağına və müsbət həll olunması üçün mövcud imkanlardan istifadə edəcəyinə söz verib.
Muxtar Babayevlə görüşdən məmnun qalan sakinlər onlara göstərilən qayğıya və Sumqayıt şəhərini həmişə diqqət mərkəzində saxladığına görə möhtərəm Prezidentimiz İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Görüşdən sonra Milli Məclisin deputatı Muxtar Babayev mikrorayon sakinləri birgə əvvəlcədən müəyyən edilmiş ərazidə ağacəkmə kampaniyasında iştirak etmiş, 100 ədədə yaxın müxtəlif növ ağac və bəzək kolları əkiblər.