
“Ömrümün 26 ilini islam coğrafiyası və islam tarixinin tədqiqatına həsr etdim. Rəcəb Tayyib Ərdoğanın Amerikanın müsəlmanların kəşf etməsi ilə bağlı dedikləri doğrudur. Bunu özüm də kitabımda yazmışam”.
Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin dünyaca tanınmış alimi Fuad Sezgin Ərdoğana dəstək olaraq bildirib. Fuad Sezgin Almaniyanın Höte Universitetinin Ərəb və İslam tarixi bölməsinin rəhbəridir. O, səsləndirdiyi fikirdə Ərdoğanın dediklərinin tam həqiqət olduğunu və artıq bunu qəbul etməyin zamanı gəldiyini bildirib:
”26 ildir ki, İslam tarixi ilə bağlı apardığım araşdırmaları 6 cild kitab halında yazdım. Əvvəl mən də avropalılar kimi fikirləşirdim ki, Amerikanın ancaq Kolumb kəşf edib. Amma artıq həqiqəti qəbul etməyin zamanıdır”.
Qeyd edək ki, Türkiyənin dövlət başçısı R.T.Ərdoğan bir neçə gün bundan öncə Amerika qitəsini Kolumbdan əvvəl müsılmanların kəşf etməsi ilə bağlı səsləndirdiyi fikir dünya və Türkiyə ictimaiyyəti tərəfindən istehza və təəccüblə qarşılanıb. Buna baxmayaraq Ərdoğan bu gün etdiyi çıxışında yenidən öz fikrində qaldığını bildirib.
Elmin NURİ