Modern.az

Gürcüstanın baş naziri Putinlə dialoqa başlamaq istəyir

Gürcüstanın baş naziri Putinlə dialoqa başlamaq istəyir

Təhsil

19 Noyabr 2014, 10:31


“Biz Rusiya ilə birbaşa dialoqa başlaya bilərik və bu prosesi davam etdirməyə hazırıq”. Modern.az saytı xarici KİV-ə istinadla xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili deyib.

O bildirib ki, rəsmi Moskva ilə danışıqlar Gürcüstanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində aparılmalıdır.

Baş nazir ona da diqqət yönəldib ki, Gürcüstan Rusiya ilə ticarət münasibətlərində əhəmiyyətli irəliləyişə nail ola bilib. “Amma siyasi münasibətlərdə irəliləyiş yoxdur. Lakin hadisələrin inkişafını gözləmək lazımdır”,-deyə İrakli Qaribaşvili söyləyib.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı