"Amrahbank" ASC-nin Xətai rayonunda yerləşən baş ofisi sökülür. Qeyd edək ki, artıq söküntü işlərinə başlanılıb.
Bankdan Modern.az-a verilən məlumata görə, hazırda müəssisənin əməkdaşları işə çıxmırlar. Onlar söküntü səbəbindən müvəqqəti fəaliyyət göstərməyəcəklər.Söküntü və yeni binanın tikintisi barədə Xətai rayon İcra hakimiyyətindən verilən məlumatda “Amrahbank”ın yeni binasınn Xocalı faciəsi abidəsinin sağ tərəfində, Xətai metrosunun çıxışında tikildiyi bildirilib. İcra hakimiyyətinin məlumatında qeyd edilib ki, artıq yeni binanın bünövrəsi qoyulub. Yeni binanın tikintisinin nə vaxt başa çatacağı məlum deyil.
Məltəm TALIBZADƏ