Modern.az

Riski çətin dövrdə necə idarə etməli - Konfrans

Riski çətin dövrdə necə idarə etməli - Konfrans

Təhsil

18 Noyabr 2014, 18:57


Bu gün “Four seasons” otelində “Risk Peşəkarları Foumu”nun təqdimetmə mərasimi keçirilib.
Modern.az xəbər verir ki, forumda Mərkəzi Bank, ARDNŞ, ARDNF İqtissadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Valyuta Birjası, bank və qeyri-bank sektoru, telekomunikasiya şirkətləri və holdinq nümayəndə və rəhbərləri müxtəlif aparıcı ekspertlər qatılıb.
Forumda əsasən müxtəlif sahələrdə risklərlə bağlı məsələlər müzakirə edilib. Konfransın spikerləri müxtəlif sahələr üzrə fəaliyyət göstərən tanınmış alimlər və ekspertlər olub.

Qeyd edək ki, forumun əsas mövzusu çətin dövrdə riskin idarə edilməsi olub.

Tədbirdə ilin risk meneceri “Atabank”ın risk departamentinin direktoru Elman Sadıqov seçilib.


Ulduz İbrahimova  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı