Modern.az

Erməni müxalifəti ölkənin hər yerində ümumxalq aksiyası keçirəcək

Erməni müxalifəti ölkənin hər yerində ümumxalq aksiyası keçirəcək

Təhsil

19 Noyabr 2014, 14:34

Ermənistan parlamentində təmsil olunan üç partiya – “Çiçəklənən Ermənistan”, Erməni Milli Konqresi və “İrs” – hakimiyyətlə danışıqlara getməkdən imtina edib. Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, bu haqda jurnalistlərə Erməni Milli Konqresinin (EMH) parlament fraksiyasının rəhbəri Levon Zurabyan məlumat verib. Onun sözlərinə görə, EMH hər il dekabrın 10-da – beynəlxalq insan haqlarını müdafiə günündə ənənəvi olaraq nümayişlər keçirir.
Zurabyan bu il həmin aksiyanın daha genişmiqyaslı təşkil ediləcəyini bildirib. O deyib ki, parlamentdə təmsil olunan üçlük dekabrın 10-da yerli vaxtla saat 13:00-da Yerevandakı Azadlıq meydanında mitinq keçirəcək və ümumxalq hərəkatı ilə bağlı gələcək addımlar müəyyənləşdiriləcək:
“Bundan sonra biz Yerevanda möhtəşəm aksiya təşkil etmək haqda düşünürük”.

Zurabyanın sözlərinə görə, Ermənistanda genişmiqyaslı ümumxalq etirazlarının təşkil olunması üçün ölkənin hər tərəfində qərargahlar yaradılır.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı