“Şəxsiyyətinə hörmət etdiyim Valeh Ələsgərovun elmlə bağlı çıxışından təəssüf hissi keçirdim”. Modern.az saytının məlumatına görə, bunu Milli Məclisin iclasında deputat İsmayıl Hacıyev deyib.
Onun sözlərinə görə, Azərbaycanda elmlə bağlı gəlir gətirməyən elə sahələr var: “Amma bu sahələr dünyagörüşünə, intellektə yardım edir. Ona görə də elmə vəsaitin az olmasına haqq qazandırmağı anlamıram”.
Milli Məclis sədrinin müavini Valeh Ələsgərov çıxışında elm və təhsilə 2015-ci ilin dövlət büdcəsindən ayrılan vəsaitin az olması ilə bağlı deyilənlərlə razılaşmayıb.
İsmayıl Hacıyev ipoteka kreditləri, kənd təsərrüfatı ilə bağlı da tənqidi fikirlərini səsləndirib. Onun fikrincə, rayonlarda iş yerləri açılmalıdır: “Belə olarsa, Bakıya regionlardan axın bu qədər çox olmaz. Bakıda tıxacların yaranmasına səbəb kəndlərdə iş yerlərinin olmamasıdır”.
Aqşin KƏRİMOV