“Xocalı faciəsində hər iki valideynini itirən şəxslərin mənzil problemi həll edilməlidir. Onlardan 9-nun mənzil problemi həll edilib. Amma yerdə qalanlar imtiyazlardan yararlanıb ev problemini həll edə bilməyib”. Modern.az saytı xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Məlahət İbrahimqızı deyib.
O bildirib ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov məsələni diqqətdə saxlamalıdır:
“Cənab nazir Səlim Müslümovdan xahiş edirəm ki, Xocalıda hər iki valideynini itirən şəxslərin mənzil problemini diqqətdə saxlasın”.
Onun sözlərinə görə, Şəmkirin ucqar kəndlərində əsasən Ermənistandan gələn qaçqınlar və Qarabağdan gələn məcburi köçkünlər məskunlaşıb: “Həmin kəndlərdə yol infrastrukturu acınacaqlı vəziyyətdədir”.
Aqşin KƏRİMOV