Modern.az

Bilik Fondunun layihəsi çərçivəsində növbəti görüş keçirilib

Bilik Fondunun layihəsi çərçivəsində növbəti görüş keçirilib

Təhsil

19 Noyabr 2014, 19:30


Bilik Fondu “Docendo discimus” layihəsi çərçivəsində paytaxtda və bölgələrdə müxtəlif mövzulu mühazirələr təşkil edir. Növbəti tədbir Ağcabədi rayonunda keçirilib.

Modern.az xəbər verir ki, dini qurumlarla iş üzrə sədrinin birinci müavini, filologiya elmləri namizədi Səyyad Aran Ağcabədi rayonu Qarabağ Muğan Mərkəzində yerli ictimaiyyətin nümayəndələri ilə görüşüb. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkil etdiyi görüşdə qloballaşan dünyada tolerantlıq ideyasının və multikulturalizmin təbliğinin əhəmiyyəti müzakirə olunub, fərqli dinlərə, mədəniyyətlərə malik insanların birgə sülh şəraitində yaşamasına dair fikir mübadiləsi aparılıb. Dini dözümlülüyün Azərbaycan xalqının milli keyfiyyəti olduğunu vurğulayan S.Aran dövlətimizin xristian və yəhudi dinlərinə aid ibadət ocağlarının təmir, tikinti və yenidənqurmasına ayırdığı böyük diqqətdən və bu istiqamətdə görülən işlərdən danışıb.

C. İbrahimov adına 8 saylı tam orta məktəbin direktoru, Bilik Fondunun Ağcabədi rayonu üzrə nümayəndəsi Anar Qasımov Fondun həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib, rayonlarda maarifçilik məqsədilə keçirilən tədbirlərin cəmiyyətin inkişafında xüsusi rol oynadığını deyib.


  Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı