Tarix elmləri doktoru,”Məhəmməd Əmin Rəsulzadə Mərkəzi”nin sədri Nəsiman Yaqublu Polşanın Varşava şəhərində keçirilən IV Beynəlxalq “Prometeyçilik” konfransında iştirak edib. Konfransdakı iştirakı ilə bağlı o, Modern.az-a bu məlumatları verib:
- Son dörd ildir ki, Varşava Universitetinin Şərqi Avropanı Öyrənmə Mərkəzi tərəfindən “Prometeyçilik” mövzusunda Beynəlxalq konfrans keçirilir və Azərbaycan təmsilçisi olaraq orada iştirak edirəm.Və mən xüsusi olaraq bu tədbirin təşkilatçısı olan Professor Yan Malitskiyə təçəkkürümü bildirirəm ki, bu tədbiri yüksək səviyyədə təşkil edir. Bu ilki konfransda ABŞ-ın İndiana Universitetindən Hitroaki Kuromia,Krakov Universitetindən Yan Bruski,Ukraynadan Valentin Piskun, Fransadan Georgi Mamulia, Varşavadan Marek Kornat, Pavel Libera kimi tanınmış alimlər iştirak edirdi.Bu konfransın konkret mövzusu belə idi:” Prometeyçilik” İkinci Dünya müharibəsi illərində”. Beynəlxalq konfransda bu mövzuda çıxış etdim: “M.Ə.Rəsulzadə və silahdaşları İkinci Dünya müharibəsi illərində”.Qeyd edim ki, Polşa tarixçiləri M.Ə.Rəsulzadə şəxsiyyətinə çox böyük diqqət yetirir.Və mənim çıxışım zamanı onlara təqdim etdiyim fotolar,rəsmi arxiv sənədləri auditoriya tərəfindən diqqətlə qarşılanırdı. Qeyd edim ki, Şərqi Avropanı Öyrənmə Mərkəzi “Yeni Prometey” adlı üç dildə (ingilis,polyak və rus) beynəlxalq jurnal nəşr edir və mən də həmin jurnalın redaksiya heyətinin üzvüyəm. Bu konfransın başlıca əhəmiyyəti ondadır ki, biz tədqiqtçıların XX əsr tarixinin çox əhəmiyyətli problemlərini ciddi müzakirə etmək imkanlarımız yaranır və həm də qarşılıqlı etimada əsaslanan səmimi münasibətlərimiz formalaşır.

Modern.az