Modern.az

Prezident mükafatına namizəd olan 4 gənc alimin adı açıqlandı - SİYAHI+FOTO

Prezident mükafatına namizəd olan 4 gənc alimin adı açıqlandı - SİYAHI+FOTO

Təhsil

20 Noyabr 2014, 11:18


Azərbaycan Milli Elmlər Akademiyası “Gənclər üçün prezident mükafatı”na 4 gənc alimin namizədliyini irəli sürəcək. Bu haqda qərar AMEA Rəyasət Heyətinin noyabrın 19-da keçirilən iclasında qəbul olunub.

Modern.az xəbər verir ki, prezident mükafatına namizədlər AMEA İdarəetmə Sistemləri, İnformasiya Texnologiyaları institutlarının, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin və  Gəncə bölməsinin elmi nəticələri ilə fərqlənən gəncləridir. Bunlar texnika üzrə fəlsəfə doktoru Nigar İsmayılova, İdarəetmə Sistemləri İnstitutunun elmi işçisi Nərmin Rzayeva, Ədəbiyyat Muzeyinin elmi işçisi Kəmalə Nuriyeva və Gəncə bölməsinin elmi işçisi Elnur Həsənovdur.

Mükafatın məbləği 10 min manatdır.

Elmin NURİ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı