Modern.az

Bakının tam fərqli yeni il libası olacaq

Bakının tam fərqli yeni il libası olacaq

Təhsil

20 Noyabr 2014, 11:20


Bu il paytaxtda fərqli yeni il ab-havası yaşanacaq. Bunu bizə yeni il tədbirlərini təşkilatçısı Wedding Art Hous şirkəti söz verir.

Şirkətin rəhbəri Nigar Məmmədova bildirib ki, bayram münasibətilə Bakının müxtəlif məkanlarında, ticarət və əyləncə mərkəzlərində, əhalinin gediş-gəlişinin çox olduğu yerlərdə göz oxşayan mənzərələr yaradılacaq. Yolkalar fəqrli tərzdə bəzənəcək, müxtəlif dekorlar hazırlanacaq.

“Hazırda əməkdaşlarımız yeni il tədbirlərinin təntənəli şəkildə qeyd olunacağı məkanlarla tanış olur. Həyata keçiriləcək layihələrdə onların imkanları öyrənilir. Adlarını açıqlamadan deyə bilərəm ki, bəzi yerlərdə artıq karkasların qurulmasına da start vermişik”.

N.Məmmədovanın sözlərinə görə, bu yeni ilin fərqli xüsusiyyətlərindən biri də təşkil olunan tədbirlərdə bir çox məşhur nağıl personajlarının iştirakı olacaq: “Bir sözlə, 2015-ci ilin gəlişini ən gözəl şəkildə qarşılamaq istəyənlər başqa ölkələrə üz tutmasınlar. Çünki, Bakı bu il ən gözəl tədbirlərin ev sahibidir”.

Fərəh Sabirqızı

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı