Modern.az

Qız qaçırtmağa görə bir gündə 11 nəfər tutulub

Qız qaçırtmağa görə bir gündə 11 nəfər tutulub

Təhsil

20 Noyabr 2014, 22:11

Qırğızıstanda qız qaçırtmağa görə 11 nəfər tutulub. Bişkek polisi noyabrın 20-də bildirib ki, 40 yaşlı qadının şikayəti əsasında 6 nəfər həbs olunub. Onlar həmin qadının bacısını qaçırıblar.

Tokmok şəhərində isə 5 nəfər həbs olunub. Onlar 18 yaşlı qızı qaçırıblar.

Modern.az "Azadlıq" radiosuna istinadən xəbər verir ki, Qırğızstanda qız qaçırıb, evlənmə ənənəsi qalır və qaçırılan qızların ailələri nadir hallarda şikayət verdiklərinə görə, qız qaçıranlar nadir hallarda tutulur.

İnsan haqları fəallarının məlumatına görə, Qırğızstanda hər il 12 min qız qaçırılır və zorla ərə getməyə məcbur edilir.

2012-ci ildə hökumət bu yolla evlənmə ənənəsi əleyhinə kampaniyaya başladı. Qız qaçıranları 10 ilədək həbs cəzası gözləyir.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı