Rusiya prezidenti Putin noyabrın 20-də Təhlükəsizlik Şurasında çıxış edərək, “rəngli inqilablar”dan danışıb. Modern.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, Putin ““rənqli inqilablar”ın hansı faciələrə gətirdiyini görürük. Bunun Rusiyada baş verməməsi üçün əlimizdən gələni edəcəyik" deyə bəyan edib.
Putin "rənqli inqilablar"ı ekstremizmlə müqayisə edib. Bununla da Rusiya lideri onu devirmək istəyən Qərbə növbəti xəbərdarlığını ünvanlayıb.
Modern.az