“AXCP-nin qurultayının vaxtı müəyyən olunmamış qurultayın keçiriləcəyi məkanla bağlı müzakirə aparmağın əhəmiyyəti yoxdur”. Bunu Modern.az saytına açıqlamasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib.
Partiya rəsmisinin sözlərinə görə qurultayla bağlı konkret vaxt təyin olunandan sonra yer məsələsi ilə bağlı da axtarışlara başlanacaq. “Hələlik isə bu məsələ gündəmdə deyil”,-deyə Fuad Qəhrəmanlı bildirib.
AXCP funksioneri qeyd edib ki, qurultayda iştirak edəcək nümayəndələrin sayı ilə bağlı da indidən bir fikir söyləmək olmaz: “Qurultay nümayəndələri partiyanın rayon təşkilatlarının konfranslarında seçilir. Bu konfranslar başa çatmadığına görə sayın nə qədər olacağını demək mümkün deyil”.Qeyd edək ki, AXCP bu ilin noyabr ayında keçirəcəyi qurultayı təxirə salıb və tədbirin gələn il keçiriləcəyi planlaşdırılır.
Aqşin Kərimov