Modern.az

Nizami Kino Mərkəzi “Kinoklub”u yaradıb

Nizami Kino Mərkəzi “Kinoklub”u yaradıb

Təhsil

21 Noyabr 2014, 11:25


Bu gündən etibarən Nizami Kino Mərkəzi kafe Nizami ilə birgə “Kinoklub” layihəsinə start verir.

Layihənin əsas məqsədi - yeni filmlərin nümayişini təşkil etmək, yaradıcı insanların bu məkana yığışaraq filmlə başlı fikir və düşüncələrini bölüşmək üçün imkan yaratmaqdır. Disput keçirməyi və öyrənməyi sevən hər bir yaradıcı insan buranı sevimli məkanına çevirə bilmək şansı qazanır. “Kinoklub”a gələnlər üçün milli və Avropa mətbəxinə aid yeməklərindən ibarət furşet də təşkil ediləcək. İlk nümayiş olunacaq lent ən nüfuzlu qısametrajlı film festivallarından birinin müsabiqə proqramına daxil edilmiş azərbaycanlı kinorejissor Teymur Hacıyevin “Yara” filmidir. Sözügedən qısametrajlı film 2013-cü ildə “FIL PRODUCTION” və “Cinex Azerbaijan Film & Digital production” istehsalı olaraq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən “Nar Mobile” mobil operatorunun dəstəyi ilə həyata keçirilmiş "Üç tarix" adlı film layihəsi çərçivəsində cəkilmişdir. Filmin baş rollarında gənc rejissor Elmar İmanov və məşhur aktyor Şamil Süleymanlı çəkiliblər.

Həmçinin, melomanların Nizami Kino Mərkəzinin şık dizaynlı kafesində hər gün canlı musiqiyə qulaq asmaq imkanı var.


F.Əliyeva  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı