Modern.az

“Pearson” şirkəti ADU-nu seçdi

“Pearson” şirkəti ADU-nu seçdi

Təhsil

21 Noyabr 2014, 14:21

Noyabrın 21-də Azərbaycan Dillər Universitetində universitetin Böyük Britaniyanın “Pearson” şirkəti ilə anlaşma memorandumuna əsasən həyata keçirilən böyük layihələrdən biri olan EDI (Education Development International) Cert TEFL (“İngilis Dilini xarici dil kimi Tədris edən müəllimlərin Beynəlxalq Müəllimlik Sertifikatı”) adlı layihənin təqdimat mərasimi keçirildi. Təqdimat mərasimi ADU-nun Dil xidmətləri mərkəzinin təşkilatçılığı ilə baş tutdu.

Universitetin Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov qeyd etdi ki, “Pearson” şirkətinin dünyanın 80 ölkəsində 40 mindən çox işçisi var, hal-hazırda isə onlar bütün yaş dərəcələrindən olan insanlara təhsil vasitəsilə uğurlar qazanmaq üçün köməklik göstərirlər və əsas amacları yer üzündə yaşayan insanları tədris materialları, tədris binaları, texnologiyalarla təmin etmək, eləcə də professor və tələbələrin təşkilini təmin etməklə, onlara həyatda öz yerlərini tutmağa, mənfəət qazanmalarına şərait yaratmaqdır.
Təhsil nazirinin müavini Ceyhun Bayramov dünya səviyyəsində tanınan, nüfuzlu təhsil-təlim şirkəti olan “Pearson” şirkətinin Azərbaycanda ofisinin açılmasının ingilis dilinin tədrisi və ingilis dili biliklərinin sertifikatlaşdırılması baxımından önəmli olduğunu bildirdirib.

Oksbric Təhsil Xidmətlərinin direktoru Con Florey “Pearson” şirkəti haqqında ətraflı məlumat verdi. ADU ilə əməkdaşlıqdan məmnun olduqlarını deyən C. Florey layihə ilə maraqlananlara tərəfdaş qurum kimi gələcəkdə bilik və bacarıqlarını inkişaf etdirməkdə kömək etməyə hazır olduqlarını bildirdi.

“Pearson” şirkətinin fəaliyyəti və təqdim olun layihə haqqında videoçarx nümayiş olundu.




Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı