Modern.az

Türkiyədə Serbiya basketbol klubunun azarkeşi öldürülüb - VİDEO

Türkiyədə Serbiya basketbol klubunun azarkeşi  öldürülüb - VİDEO

Təhsil

22 Noyabr 2014, 10:33


Basketbol üzrə Avropa Liqasının İstanbulda keçirilən “Qalatasaray” və “Srvena Zvezda” klubları arasındakı oyun ərəfəsi Serbiya komandasının azarkeşi öldürülüb. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, gənc serb bıçaqla ürəyindən vurulub. Mənbənin məlumatına görə, türkiyəli xuliqanlar 400 nəfərdən ibarət serb fanatlara hücum ediblər, nəticədə onlar oyunun keçirildiyi zala girə bilməyiblər. Oyun zamanı isə Türkiyə klubunun fanatları “Kosovo, Kosovo” şüarları səsləndiriblər.

Serbiyanın İstanbuldakı konsulu Zoran Markoviç deyib ki, hazırda serbiyalı fanatların Türkiyə ərazisini təhlükəsiz tərk etmələri üçün çalışırlar.



Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı