Antalyanın Korkuteli bölgəsində Suriyadan olan ailənin qaldığı evdə 5 uşaq karbon-monoksid qazından zəhərlənəərk həyatını itirib. Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, ölən uşaqlar 5-15 yaş arasındadır.
Onlar yaşadıqları mənzildə ölü olaraq tapılıb.
Məlumata görə zəhərlənməyə səbəb onların sobaya atdığı kömür olub. Hadisə ilə bağlı araşdırma başlanılıb.Modern.az