Modern.az

Universitet rektorları Kooperasiya Universitetndə toplaşıblar - FOTOLAR

Universitet rektorları Kooperasiya Universitetndə toplaşıblar - FOTOLAR

Təhsil

22 Noyabr 2014, 15:31

Kooperasiya Universitetinin 50, kollecin isə 75 illiyi qeyd edilib.


Bu gün Kooperasiya Universitetinin yaranmasının 50 illiyi, Bakı Biznes və Kooperasiya Kollecinin yaranmasının isə 75 illiyi ilə bağlı “Regional İqtisadi Siyasət və Kooperasiya Münasibətlərinin İnkişafı” beynəlxalq elmi-praktik konfrans keçirilib.

Universitetdə düzənlənən elmi praktik konfransda Azərbaycanın tanınmış dövlət xadimləri, ziyalıları, xarici qonaqlar və təhsil ocağının nümayəndələri, tələbələri iştirak ediblər.

Modern.az-ın məlumatına görə, konfransı universitetin  rektoru, Milli Məclisin deputatı Eldar Quliyev açıb və mötəbər gün münasibəti ilə hər kəsi təbrik edib, konfransa qatılanlara təşəkkür edib. Konfrans öz işinə Azərvaycan Dövlət Himni ilə başlayıb. Eldar Quliyevin təqdimatından sonra universitetin və kollecin bu günə qədər keçdiyi illərdəki fəaliyyətlərini əks etdirən video-çarx nümayiş olunub.

Rektor E. Quliyev təhsil müəssisələrini təbrik etmək üçün iştirak edən qonaqları auditoriyaya təqdim edib.

Beynəlxalq konfransda dövlət müşaviri Vahid Axundov, Milli Məclisin İqtisadi Siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə, BDU-nun rektoru, millət vəkili, akademik Abel Məhərrəmov, Təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Odlar Yurdu Universitetini rektoru, millət vəkili Əhməd Vəliyev, Türkiyənin Giresin Universitetinin rektoru Aygün Akkdar, İqtisadi Elmlər doktoru Vahid Novruzov və digərləri iştirak ediblər. Eyni zamanda konfransa Gürcüstandan, Qazaxıstandan, Poltavadan və digər ölkələrdən nümayəndələr qatılıblar. 

Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri Vahid Axundov çıxışında prezident İlham Əliyevin təhsilə ayırdığı diqqəti xüsusi vurğulayıb. V. Axundov qeyd edib ki, ildönümünü qeyd edən təhsil ocağı özündə birləşdirdiyi yüksək elmə, pedaqoji təcrübəyə görə daim seçilir. “Bu universitetin elm xadimləri cəmiyyətdə həmişə diqqət mərkəzindədirlər. Onların ağıllı, təcrübəli pedaqoji fəaliyyətləri təqdirə layiqdir”. 

Vahid Axundov Prezidentin sərancamı ilə universitetin əməkdaşlarına verilən fəxri adları, medalları təqdim edib. Təhsil Nazirinin  müavini Firudin Qurbanov mötəbər yolda addımladıqları üçün universitet və kolleci yubiley münasibəti ilə təbrik edib.

O, Təhsil naziri Mikayıl Cabbarovun təhsil müsəssinə təbrikini çatdırıb: “Mən ilk pedaqoji fəaliyyətimə məhz bu universitetdə başlamışam. Bunun üçün də fəxr hissi duyuram”.

O, Heydər Əliyevin Azərbaycan təhsilində, həmçinin Kooperasiya univeristetinin yaranıb formalaşmasındakı fəaliyyətini xatırladıb: “Əvvələr universitetdə yalnız 2 fakültə olub. 2000-ci ildə isə universitet olub. Hazırda bu universitetdə 27 kafedra və 19 ixtisas var. Bu, böyük uğurdur”.

O, həmçinin universitetin bundan sonrakı fəaliyyətində qarşıda duran əsas məqsədlərdən də danışıb. “Hazırda yeni kadr hazırlığına ehtiyac var. Bunu yüksək səviyyədə təmin etməyə çalışmalıyıq”. Firudun Qurbanov Prezidentin təsdiq etdiyi əsasnaməyə uyğun olaraq pedaqoji fəaliyyətləri ilə seçilən prorektorları, dekanları, kafedra və şöbə müdirlərini medal ilə təltif edib. İqtisadçı alim Ziya Səmədzadə ildönümü münasibəti ilə hər iki ali təhsil müəssisəsini təbrik edib. O, universitetin keçdiyi ağır və məsuliyyətli illərdən danışıb.

Onun sözlərinə görə, təhsil ocağı Ümummilli Lider Heydər Əliyevin dəstəyi ilə daha da təkmilləşib. Eldar Quliyevin rektorluq dövründə isə özünün ən yüksən inkişaf nöqtəsinə çatıb.

“Eldar Quliyev rektor vəzifəsinə gəldikdən sonra təhsil müəssisəsində hər şey dəyişib, inkişaf edib. Müasir dövrün ən yaxşı üniversitetləri sırasına daxil olub”.

Akademik Əli Nuriyev rektor Eldar Quliyevi və universitet heyətini hədiyyələrlə təbrik edib.

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov qeyd edib ki, Kooperasiyada rektorla işçilər arasındakı səmimi münasibət xüsusi diqqətə layiqdir. Onun sözlərinə görə, bəzən jurnalistlər Bakı Dövlət Universiteti haqqında yazmağa bir məqam tapırlar, amma burada olan səmimi münasibətə görə heç vaxt Kooperasiya universiteti baradə mənfi fikir söylənilməyəb. Bu münasibətlə o, başda rektor olmaqla, univeristetin və kollecin əməkdaşlarını təbrik edib. Türkiyənin Giresin universitetinin rektoru Aygün Akkdar da təbriklərə qoşulub. O, çıxışında Azərbyacan və Türkiyə təhsilinin ortaq əməkdaşlıqlarından danışıb.

Qeyd edib ki, Azərbyacan son illərdə təhsil sahəsində ən yüksək inkişaf zirvəsinə çatıb. A. Akkdar bunun Türkiyə prizmasından baxanda aydın göründüyünü deyib. Kooperasiya universitetinin də inkişaf etmiş universitetlər sırasında olduğunu qeyd edib.

Tədbirdə iştirak edən digər qonaqlar, kollecin və universitetin müəllimləri təhsil müəsssisələrini ildönümü münasibətilə ilə təbrik  ediblər.

Sonda müəllimlərə və univeristetin  digər akademik nümayəndələrinə  medallar və döş nişanları təqdim edilib.


Məltəm TALIBZADƏ   
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı