Modern.az

Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi müddəti başa çatıb

Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi müddəti başa çatıb

Təhsil

22 Noyabr 2014, 21:12

Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi müddəti başa çatıb.

Modern.az Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsinə istinadən

xəbər verir ki, bələdiyyə üzvlüyünə namizədlərin qeydə alınması üçün imza vərəqələri və digər seçki sənədlərinin dairə seçki komissiyalarına təqdim olunması müddəti qanunvericilikdə nəzərdə tutulduğu kimi bu gün saat 18:00-da başa çatıb.

Qeyd edək ki, Seçki Məcəlləsinin tələbinə əsasən, dairə seçki komissiyaları imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər seçki sənədlərini qəbul etdikdən sonra 7 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul edir.

Bələdiyyə üzvlüyünə namizədlərin qeydə alınması davam etməkdədir və bu proses noyabrın 29-da yekunlaşır.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı